Abşereron rayonu ərazisində 4 avtomobilin iştirakı ilə qəza baş verib.

Leqal.info xəbər verir ki, DYP-nin Ekologiya postunun qarşısında “KİA” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək maşınını onunla eyni istiqamətdə hərəkət edən “Nissan” markalı avtomobilə çırpıb. Şiddətli zərbə nəticəsində “Nissan” markalı avtomobil yolun əks istiqamətinə çevrilib.
Eyni yoldan gələn “Mercedes” markalı minik avtomobilinin sürücüsü sükan idaretməsini itirərək maşınını “Nissan”a çırpıb. Sonra isə başqa “Mercedes Vito” markalı mikroavtobus eyni markalı minik avtobilinə çırpılıb. Sözügedən qəza nəticəsində mikroavtobusun sərnişini xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Elnurə Fərhadqızı
Leqal.info