Fevralın 19-da Gültəkin İsayeva, övladları 2006-cı il təvəllüdlü Yağmur Hüseynova, 2010-cu il təvəllüdlü Yaqud İsayeva, 2012-ci il təvəllüdlü Məhəmməd İsayev, 2014-cü il təvəllüdlü Amla İsayeva ilə birlikdə yaşadıqları evdən naməlum yönə gedərək itkin düşüblər.

Leqal.info xəbər verir ki, bu haqda Gültəkin İsayevanın həyat yoldaşı Hüseynov Əhməd Rauf oğlu Binəqədi rayon Polis İdarəsinin 40-cı bölməsinə bildirib.
İtkin düşən şəxslərlə bağlı araşdırma aparılır.
Elnurə Fərhadqızı
Leqal.info