Şəmkir rayonunun Morul yaşayış massivində bıçaqlanma hadisəsi qeydə alınıb.

Leqal.info xəbər verir ki, kürək nahiyəsindən bıçaq xəsarəti alan 1984-cü il təvəllüdlü Şəmi Bağırov xəstəxanaya yerləşdirilib və yarası tikilib. Vəziyyəti kafi olaraq qiymətləndirilir.
Sözügedən şəxsin tanışı tərəfindən bıçaqlandığı bildirilir.
Hadisənin səbəbi naməlumdur.
Elnurə Fərhadqızı
Leqal.info