Şəmkirdə kütləvi dava baş verib.

Leqal info xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində olub.
Qonşular arasında düşən mübahisə zamanı 1979-cü il təvəllüdlü Anar Bədiyev, 1970-ci il təvəllüdlü Asif Sədirov, 1960-cı il təvəllüdlü Akif Sədirov, 1997-ci il təvəllüdlü Babək Şahbazov və 1996-cı il təvəllüdlü Cavanşir Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hadisənin səbəbləri araşdırılır.

Leqal.info
Şəmkirdə kütləvi davada 5 nəfər xəsarət alıb