Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Babək rayonunun Badaşqan kəndində baş verib.

1997-ci il təvəllüdlü Babək rayon Zeynəddin kənd sakini Elman Əsədovun idarə etdiyi "Daewo" markalı avomobil aşıb. Nəticədə, avtomobilin sürücüsü dünyasını dəyişib, sərnişin - 2001-ci il təvəllüdlü Zeynəddin kənd sakini Qasım Quliyev isə ağır xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Sözügedən faktla bağlı araşdırma aparılır.


Elnurə Fərhadqızı
Leqal.info