Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsi "Soliton" mağazasının qarşısında baş verib.

Anar Vahabov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Sübhan Əliyevi vurub. Piyada hadisə yerində ölüb.

Sözügedən faktla bağlı cinayət işi başlanılıb.



Elnurə Fərhadqızı
Leqal.info