Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var.

Leqal.info xəbər verir ki, axşam saatlarında Oğuz şəhərinin girişində hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil aşıb. Qəza zamanı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Sözügedən faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info