Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində olub.

Rayon sakini Yadigar Tofiqoğlunun idarə etdiyi "VAZ" 2107 markalı avtomobillin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü Y.Tofiqoğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info