Qaxda bıçaqlanma hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, dünən axşam saatlarında rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman A.Nadirov A.İbrahimovu bıçaqlayıb.

Azər Nadirov polis tərəfindən saxlanılıb.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info