Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə baş verib. Hərəkətdə olan "VAZ 21015" ilə "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı “VAZ” sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info