Bakının Sabunçu rayonunda ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, qəza Maştağa qəsəbəsində baş verib.

2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu “Toyota Prius” markalı avtomobillə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Sürücünün meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info