Ağcabədidə sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.

"Mercedes" markalı, 04-BO-112 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu "VAZ -2107" markalı, 10-OF-442 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan 2 nəfər Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info