Sabirabadda 26 yaşlı gənc özünü yandırıb.

Leqal.info xəbər verir ki, hadisə Sabirabad rayonunun Axtaçı kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Qurban Rafiq oğlu Məhərrəmli atası ilə mübahisə etdikdən sonra özünü yandırıb.

Ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Qurban Məhərrəmli orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info