Bakının Nərimanov rayonunda bıçaqlanma olub.

Leqal.info xəbər verir ki, hadisə metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığındakı parkda baş verib.

2003-cü il təvəllüdlü Əsgərov Kənan Yadigar oğlu tanışı ilə parkda gəzərkən aralarında olan mübahisə davaya çevrilib.

Dava zamabı bıçaqlanaraq ağır xəsarətlər alan K.Əsgərov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info