Mingəçevirdə azyaşlı zəhərlənmədən ölüb.

Leqal.info xəbər verir ki, hadisə bu gün Mingəçevir şəhər xəstəxanasında baş verib. Mingəçevir sakini olan 10 yaşlı Leyla Anar qızı Quluzadə zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb. Azyaşlı xəstəxanada keçinib.

Azyaşlının sonuncu dəfə dərman vurulmuş ağacdan yediyi alçadan zəhərləndiyi ehtimal olunur.

Elnurə Fərhadqızı

Leqal.info