[b]Saatlıda bıçaqlanma olub.[/b]

Leqal.info xəbər verir ki, 1986-cı il təvəllüdlü Saatlı rayonu Əlisoltanlı kənd sakini Məhərrəmov Baloğlan Vaqif oğlu yaşadıqları kənddə yerləşən çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğluna bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.

Elnurə Fərhadqızı
Leqal.info