Bakı şəhərinin Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Leqal.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info