Bakının Səbail rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Əzimova Firuzə Əbdüləzim qızını vurub.

Xəsarət alan piyada təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Leyla Kamil
Leqal.info