Ağcabədidə evdən 64 yaşlı kişinin meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qaradolaq kəndində baş verib.

Meyiti yaşadığı evdə kəndirdən asılmış vəziyyətdə tapılan 1959-cu il təvəllüdlü Vaqif Bağırovun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info