Bakıda iki nəfər naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Leqal.info xəbər verir ki, hər iki hadisə Yasamal rayonunda baş verib.

Zərgərpalan küçəsində Hüseyn Dadaşov naməlum şəxs tərəfindən 4 yerindən bıçaqlanıb.

Rayonun Ə. Əkbərov və M. Müşfiq küçəsinin kəsişməsində isə Kənan Qurbanzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info