Bakıda kişini elektrik cərəyanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsində yaşayan, 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev evinin yaxınlığındakı işıq dirəyində naqili düzəldərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info