Abşeron rayonunda intihar hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə avqustun 10-da Mehdiabad qəsəbəsində, Koroğlu küçəsində yerləşən evdə baş verib. Orada yaşayan 1966-cı il təvəllüdlü Babayev Əliş Abbas oğlu özünü həyətdəki tikilidə asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info