Abşeronda 38 yaşlı kişi evində ölü tapılıb.

Leqal.info xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Nəbiyev Taleh Səfi oğlu yaşadığı evdə asılı vəziyyətdə tapılıb.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info