Bakıda iki nəfər özünü asaraq intihar edib.

Leqal.info xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Turan Hümmətov yaşadığı evdə özünü asaraq öldürüb.

Bundan əlavə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1965-ci il təvəllüdlü Ramiz Ağayev evinin həyətində özünü iplə asaraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info