Şahbuz rayonunda 13 yaşlı yeniyetmə özünü bıçaqlayıb.

Leqal.info xəbər verir ki, hadisə dünən gecə qeydə alınıb. Rayon sakini 2010-cu il təvəllüdlü Məmiyev Adəm Anar oğlu özünü bıçaqlayıb.

O, təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata əsasən, A.Məmiyev ailə-məişət zəminində özünə xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam edir.

Elvin Mahmudlu
Leqal.info