Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Leqal.info FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 m² olan çay evinin mətbəxində 1 ədəd fri aparatı, elektrik sobası, divara quraşdırılan elektrik lövhəsində 2 ədəd qoruyucu açar və giriş-çıxış kabeli 4 p.m yanıb. Yüksək temperaturdan mətbəxin alçipandan ibarət tavanı 2 m² sahədə qarsalanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info