Sumqayıtda qadın özünə xəsarət yetirib.

Leqal.info xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Həbibova Rəqsanə Novruz qızı kirayə yaşadığı mənzilin ev sahibi ilə aralarında baş vermiş münaqişə zəminində ülgüclə qolunu kəsib.

Sözügedən şəxs dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info