Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Quba yolunun 37-ci kilometrində qeydə alınıb.

"Ford Tranzit" markalı avtomobil yolu keçmək istəyən 1957-ci il təvəllüdlü, Osmanov Oruc Məhəmməd oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info