Sumqayıtda kişi hündürlükdən yıxılaraq ölüb.

Leqal.info xəbər verir ki, hadisə “Qurd dərəsi” ndə qeydə alınıb.

1962-ci il təvəllüdlü Adıgözəlov Semur Dadaş oğlu öz yaşadığı evdə kamera düzəltmək üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Semur Adıgözəlov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info