İmişlidə 29 yaşlı kişi göldə boğulub.

Leqal.info xəbər verir ki, İmişli şəhər sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info