Qusar rayonunun Hil kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Xəbərə görə, yanğın nəticəsində evin yanar konstruskiyaları və içərisində ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info