Sumqayıtda açıq sahədə yanğın olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi yaşayış massivi ərazisində baş verib. 500 kv.metr kol-kos və 7 ədəd müxtəlif ağac yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info