Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb.

Leqal.info xəbər verir ki, hadisə Ağdaş rayon mərkəzi xəstəxanasında qeydə alınıb. Rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info