Biləsuvar şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli kafenin mətbəxində taxta konstruksiyadan ibarət arakəsmə divar 4 m² sahədə, 1 ədəd televizor və 1 ədəd masa yanıb.

Leqal.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info