İmişli rayonunun Çaxırlı kəndində yanğın olub.

Leqal.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 68 kv.m sahədə, dam örtüyü 80 kv.m sahədə və həyətyanı ərazidə 3 ton ot bağlamasının 100 kiloqramı yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.