Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları və 1 ədəd plastik qapı yanıb.

Leqal.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info