Sabirabad sakini dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Mədətova Mahirə Məhəmməd qızı dəm qazından zəhərlənib. O, Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Elvin Mahmudlu
Leqal.info