Qazaxda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib. Hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info