Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki, ötən gün Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədə yaşayan Allahverdiyev Yusif Xalıqverdi, Ağayev Coşqun Zakir, oğlu Ağazadə Zahir Yavər oğlu və Şəbnəm Allahverdiyeva dəm qazından zəhərlənib.

Onlar xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə rəğmən Şəbnəm Allahverdiyeva dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info