Ağstafada zəhərlənmə olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Zəlimxan kəndində qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 1991-ci il təvəllüdlü Əsli Süleymanova xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info