Sumqayıtda sahibsiz yarımtikilidən kişi meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə Corat bağlarında baş verib.

Ərazidən keçən sakinlər yarımtikilidə meyit olduğunu görüb, polisə xəbər veriblər.

Araşdırma nəticəsində meyiti tapılan şəxsin 1980-ci il təvəllüdlü Teymur Şakir oğlu Məmmədov olduğu müəyyən olunub. Meyitdə çürümə prosesi başladığı bildirilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info