Cəlilabadda mağaza yanıb.

Leqal.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bir dam altında tikilən 2 ədəd mağazadan ümumi sahəsi 90 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə, içərisində təsərrüfat malları yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı 90 m² sahədə əriyib və ümumi sahəsi 95 m² olan digər mağazanın dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info