Gəncədə yanğın hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Vaqif küçəsində qeydə baş verib. 1968-ci il təvəllüdlü Akif Nəsibova məxsus 20 kvadratmetrlik mağazada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. . Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mağazaya bitişik olan ev yanğından mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Hadisə ilə bağlı FHN də məlumat yayıb. Məlumata əsasən, Gəncə şəhərində ümumi sahəsi 20 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, lambirdən ibarət tavanı və içərisində qismən ərzaq malları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info