Sumqayıtda 58 yaşlı kişi müalicə aldığı xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Leqal.info xəbər verir ki, hadisə 1 saylı şəhər xəstəxanasında baş verib.

1966-cı il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Canıyev müalicə aldığı xəstəxananın sanitar qovşağının pəncərəsindən özünü atıb.

Məlumata əsasən, F. Canıyev nevroloji şöbədə müalicə alırmış.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info