Goyçayda avtomobil qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunda baş verib.

“Ford transit” markalı maşın “VAZ 2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Göyçay sakini 1993-cü il təvəllüdlü Nuranə İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info