Şəkidə 9 otaqlı fərdi yaşayış evi yanıb.

Leqal.info xəbər verir ki, yanğın günorta saat 13 radələrində Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində İslam Əmrahova məxsus 9 otaqlı evdə qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğının qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info