Masallıda 6 aylıq uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Leqal.info xəbər verir ki, hadisə Masallı şəhəri Digah yaşayış massivində baş verib.

2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Başı arabanın konstruksiyasında qalan uşaq boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info