80 yaşlı kişi dəm qazından boğulub.

Leqal.info xəbər verir ki, hadisə Yevlax rayonunda qeydə alınıb.

Belə ki, rayon sakini 1944-cü il təvəllüdlü Hümbət Hümbətovun yaşadığı evin hamam otağından meyiti tapılıb.

Hümbət Hümbətovun dəm qazından boğularaq öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info