Leqal.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil mühərriki yağlarının qablaşdırılması sexində baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexdə olan sobanın içərisində 50 litr və sobanın ətrafına dağılmış 4 kv.m. sahədə yağ qalıqları yanıb, sexin böyük hissəsi yanğından mühafizə olunub.
Leqal.info