Şirvanda ər arvadını bıçaqlayıb.

Leqal.info xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib.

Şirvanda yaşayan Sabirabad rayonunun Bulduq kənd sakini, 1992-ci il təvəllüdlü Mirzəyeva Ayşən Firqan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

O, böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Hadisəni törədən 2001-ci il təvəllüdlü Ş.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info